Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) — relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.